16.06.2025

Biznes açmaq üçün 5 effektiv üsul

Öz biznesini qurub öz pulunu qazanmaq kimisi yoxdur axı… Yox, öz işini qurmaq gözünü qorxutmasın, çünki bunun üçün artıq nəhəng yatırımlara, böyük ofislərə və ya illərlə gözləməyə ehtiyac qalmayıb.

Odur ki bu məqaləmizdə səninlə öz biznesini qurmağın üçün 5 fikir bölüşəcəyik.
1. Satışları sosial mediaya daşı
“Instagram”, “TikTok” və digər platformalar yalnız sosiallaşmaq yox, pul qazanmaq üçün də doğru ünvandır. Biznesinə əl işləri, ikinci əl paltarlar, aksesuar və ya parfüm kimi məhsullarla başlaya bilərsən. “Umico” platformasından qeydiyyatdan keçərək isə satışlarını daha geniş kütlələrə çatdırmaq imkanın olacaq.
2. Bacarıqlarını xidmətə çevir
Qrafik dizayn, tərcümə, videomontaj, sosial media idarəsi… Rəqəmsal bacarıqların varsa, elə oturduğun yerdən pul qazanmaq mümkündür. “Fiverr”, “Upwork” kimi platformalarda hesab açaraq ilk addımlarını ata bilərsən.
3. Stok olmadan satış et (“Dropshipping” və ya “print-on-demand”)
Məhsulları stoklamaq imkanın yoxdursa, buna da həll yolumuz var. Köynək, fincan, dəftər kimi məhsulları öz dizaynlarınla “Shopify” və ya “Printify” üzərindən sat, minimum risklə elə indi işə başla.
4. Xidmətyönümlü mikrobiznes qur
Təmizlik, ev heyvanı baxımı, müəllimlik və ya logistika kimi işlər üçün sərmayə gərəkli deyil. İlk müştərilərini öz ətrafından tap, sosial mediada özünü tanıt və satışlarını artır.
5. "Affiliate" marketinq ilə passiv qazanc mənbəyi yarat
Əgər ətrafındakı insanlar məsləhətlərinə inanırsa, bunu gəlirə çevirə bilərsən. "Affiliate" marketinq ilə sən məhsul və ya xidmətə aid linklər paylaşır, sənin linkinlə alış-veriş edildiyi zaman isə komissiya qazanırsan.

Məsələn:
  • Texnologiya məhsulları ilə maraqlananlar üçün — "Amazon" və "AliExpress"in proqramları;
  • Dəb və həyat tərzi ilə maraqlananlar üçün — "Trendyol"
  • Təhsil sahəsi ilə maraqlananlar üçün — "Udemy" və "Coursera"
Nəticə
Roma bir gündə qurulmayıb… Bu yolda uğursuzluqlarla, eniş-yoxuşlarla qarşılaşa bilərsən, amma uğurlu olmaq üçün səbirli olmalısan. Bu kimi daha çox məsləhətlər üçün bizi izləmədə qal!