Araşdırmalara görə, bir biznes nə qədər çox marketpleysdə özünü göstərirsə, o qədər də uğurludur. Hə, əvvəlcə bir platformadan başlamaq lazımdır, amma getdikcə bunların sayını artırmaq da mütləqdir. Beləcə, hər marketpleys biznesin uğurunu 2, hətta 3 dəfə artıra bilər.
Birinci marketpleysini seçmək üçün hər birinin şərtləri ilə tanış olmalı, riskləri dəyərləndirməli və büdcənə uyğun seçim etməlisən. Təəssüf ki, hazırda Azərbaycanda marketpleyslərin sayı çox az olsa da, xarici bazarda alternativlərin çoxdur.