Hazırda onlayn satışa üstünlük verirsiniz. Bəs gələcəkdə mağaza açmaq fikriniz var?
Xan Cəfərli: Üstünlük onlayn satışdadır, bəli, amma çalışırıq ki, il boyunca fərqli məkanlarda tədbirlər keçirib öz geyimlərimizi təqdim edək. Maraqlısı da budur ki, həmin tədbirlərdə daha çox satış əldə edirik, çünki insanlar rahatlıqla geyimlərə baxır, toxunur, yoxlaya bilir. Onlayn satışımız həmişə olacaq, amma bu cür tədbirlərə gələcəkdə yenə üstünlük verəcəyik.
Müseyib Qasımov: Öyrəndiyimiz “screen print” texnikası ilə master-klaslar da edirik. Son tədbirimizdə bunu etməyə başlamışıq, amma növbəti tədbirlərdə də olacaq.
Xan Cəfərli: Master-klaslarda tətbiq etdiyimiz dizaynlar da həmin günlərə özəl olur. Dizaynda tarix, məkan kimi detallar yazılır və insanlara xatirə qalır.