“Kiçin”ı Bakıdakı digər barlardan fərqləndirən 3 xüsusiyyət, səncə, nədir?
Birincisi, bizim barmenlərlə qonaqlar arasında məsafə yoxdur. Normalda ofisiant gəlir, qonaqlardan sifarişi alır, barmenə ötürür və s. Biz isə bunu aradan qaldırmışıq. Qonaq gəlir, barmenlə danışır, ona istəyini bildirir.
İkincisi odur ki, biz suyu ödənişsiz təqdim edirik. Alkoqollu içki təqdim edirik və bilirik ki, yanında su verilməlidir. Əksər yerlər bunu ödənişli formada edir, biz isə bunun etik olduğunu düşünmürük. Ümid edirəm, gələcəkdə bütün barlar bunu tətbiq etsə, daha yaxşı olar.
Üçüncüsü, biz bu işi sevgi ilə edirik.