28.08.2025

Biznesin üçün ikinci şans: Kreditlər və daha çoxu

Biznesdə pul çatışmazlığı hamının başına gəlir və sahibkarlar bəzən bunu artıq son kimi görürlər. Əslində, bu özünü sübut etmək üçün əsl şansdır. Bəs bu cür “faciə” ilə qarşılaşdıqları zaman ağıllı sahibkarlar nə etməlidirlər?
İlk ağlagələn variant: Tanışların qapısını döymək
Bu, təhlükəli, amma bəzən düzgün “emosional kredit” ola bilər, əgər aşağıdakı addımları izləsən:

  • şərtləri əvvəlcədən yazılı formada razılaşdırmaq;
  • qısa müddət üçün kiçik məbləğdə borc almaq;
  • borcu vaxtında ödəmək.

Bu addımlarla həm biznesinin, həm də şəxsi münasibətlərinin gələcəyini qoruya bilərsən.
Dövlət və fond dəstəkləri
Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və digər qurumlar sahibkarlara qrantlar, güzəştli kreditlər və təlimlər təqdim edir. Bu imkanlardan yararlana bilər:

  • innovativ ideyası olan startaplar;
  • yeni məhsul təqdim edən sahibkarlar;
  • regionlarda fəaliyyət göstərən və məşğulluğa töhfə verən bizneslər.

Məsələn, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün dövlət güzəşti ilə texnika almaq mümkündür. Dəqiq məlumat və müraciətlər üçün isə fondların özü ilə əlaqə saxlamaq daha yaxşı olar.
Netvorkinqi işə salmaq: İnvestorlar
Biznesin və ya startapın böyümə potensialı böyükdürsə, investor cəlb etmək ən ağıllı addımlardan biridir. İnvestor pul ilə birlikdə geniş netvorkinq, təcrübə və yeni bazarlara çıxış imkanı da gətirir.

Tutaq ki, bir texnologiya startapın var və 20 000 AZN kapital axtarırsan. Bu pulu təkcə bankdan kredit kimi götürmək əvəzinə, bu sahədə təcrübəsi olan bir investorla əməkdaşlıq etsən, həm maliyyə imkanların, həm də biznesin dəfələrlə böyüyər.

Bunun üçün 5-7 slayddan ibarət təqdimat, yəni “pitch deck” hazırlaya bilərsən. Məhsulunu, mövcud bazarı, gələcək planları və investora nə qazandıracağını burada göstərməlisən.
Kraudfandinq və rəqəmsal platformalar
“Kickstarter”, “GoFundMe” və “Indiegogo” kimi onlayn platformalarda insanlar maraqlı məhsullara, xidmətlərə və layihələrə dəstək olmaq üçün pul yatırır. Azərbaycanda hələ bu mədəniyyət tam formalaşmasa da, sosial media vasitəsilə bu mexanizmi aparmaq olar.

Məsələn, yeni kitab çıxarmaq istəyən bir müəllif oxuculardan sifariş alaraq çap xərclərini qarşılayır. Beləcə, o həm kitabın çapı üçün xərcləri qarşıladı, həm də yeni kitabına olan tələbatı — bazarı test etdi. Yuxarıda qeyd etdiyimiz platformalar isə bunu sənin üçün daha da asanlaşdırır. Sən isə sadəcə linki paylaşaraq insanlardan dəstək gözləyə bilərsən.
Satışdan əvvəl ödəniş almaq: Avans modeli
Sahibkarı kreditlə təmin edənlərdən biri də elə müştərilərin özüdür. Xidmət bizneslərində avans, istehsalatda isə “ön-satış” kampaniyası real pul gətirir. Belə ki:

  • Təmir şirkəti işə başlamazdan əvvəl 30 % avans alır.
  • Onlayn geyim mağazası yeni kolleksiyasını əvvəlcə sifarişlə təqdim edir və xərclərini qabaqcadan bağlayır.
Gizli kapital: Öz büdcən
Axtardığın pul öz cibində də ola bilər, sadəcə artıq xərcləri ixtisar etmək kifayət edəcək. Bir çox sahibkarlar məhz bu üsulla dövriyyələrini sabit saxlayırlar. Ən tipik nümunələr:

  • icarə xərcindən kəsmək və daha kiçik ofisə keçid (əgər mümkündürsə);
  • effekt verməyən reklam kampaniyalarını dayandırmaq;
  • istifadə edilməyən avadanlıqları satmaq və ya icarəyə vermək.
Əsas ehtiyat planı: Biznes krediti
Sadaladığımız bütün yollar yaxşı səslənsə də, bəzən onlar əlçatan olmurlar. Burada bankların təklif etdiyi biznes krediti köməyə gəlir. Aralarında ən çox fərqlənən isə “Birbank Biznes”dir.

“Birbank Biznes”in təklif etdiyi müxtəlif biznes kreditləri sahibkarların hər cür ehtiyacını qarşılamaq üçün ideal vasitədirlər. Üstəlik, onlayn müraciət etmək də mümkündür.
Biznesinin cari ehtiyaclarını ödəmək və inkişaf etdirmək üçün biznes kreditini “Birbank”dan əldə et.