10.07.2025

Veb-sayt və büdcə olmadan öz biznesini necə yaratmalı?

Son illərdə texnologiyanın inkişafı və əlçatanlığı biznes sahəsinə təsirindən də yan keçməyib. Yeni alətlərin sayının artması ilə müştərilərin vərdişləri və seçimləri dəyişib, sahibkarların hədəfi isə daha sürətli və sərfəli yollarla biznes qurmağa çevrilib. Beləliklə, biznes sahəsində onlayn mağaza konstruktorları (məsələn, “Telegram Business”) yenidən trend olmağa başlayıb.
Onlayn mağaza konstruktorları niyə yenidən trend oldu? Çünki…
  • Sosial media alqoritmləri hər saniyə dəyişir və hədəf kütləyə çatmaq çətinləşir. Nəticədə, satıcı öz hədəf kütləsi ilə əlaqəsini itirə bilir.
  • Veb-sayt yaratmaq uzun və büdcə tələb edən prosesdir.
  • Marketpleyslər mağazalar üçün komissiyaları artırmağa davam edir.
Bir sözlə, yuxarıda sadalananlar onlayn mağaza konstruktorlarına olan marağı artırmağa davam edir. Bu yanaşma sayəsində sahibkarlar asanlıqla satış etməyə başlayır və texniki maneələri aradan qaldırır.
Hazırda vəziyyət necədir?
Qərb bazarında “Shopify” sadə interfeysi və güclü ekosistemi ilə seçilir. Rusiyada isə kiçik və orta bizneslər “InSales” və “Ecwid” kimi konstruktorlara üstünlük verirlər, lakin bu platformalar da müəyyən büdcə, bacarıq və vaxt tələb edir.

Bu kimi platformalarla yanaşı, sadə messencerlər də öz daxilində biznes qurmağa imkan yaradır. Bunlardan biri də məhz “Telegram Business”dir.
“Telegram Business” necə işləyir?
“Telegram Business” vasitəsilə məhsullarını, iş saatlarını, ünvanını və daha çoxunu müştərilərlə rahatlıqla bölüşə bilərsən. Qeyd etdiyimiz məsləhətlərlə biznesini müştərilərinə veb-sayt olmadan da təqdim edəcəksən!
Məsələn, yuxarıda gördüyün kimi, müştəriləri xüsusi mesajlarla qarşılamaq, hazır cavablar əlavə edərək onlarla sürətli əlaqə saxlamaq mümkündür. Bunlardan əlavə biznesin haqqında kiçik məlumat, ünvan və iş saatları da müştərilər üçün əlçatan olur.
Bəs ödənişləri necə qəbul edək?
Çox sadə… Məsələn, “m10.az/business” ünvanına daxil olaraq sorğu yerləşdir və QR vasitəsilə ödənişlərini qəbul et. Üstəlik, “birbank.business/elektron-ticaret” ünvanına müraciət edib çatdırılma xidməti üçün daşına bilən POS-terminallar da əldə edə bilərsən.
Qayda-qanuna gəldikdə isə…
Əgər sahibkarlıq fəaliyyəti ilə məşğul oluruqsa, vergilər haqqında da məlumatımız olmalıdır. Bunun üçün “Fərdi sahibkar” statusu, ƏDV tələbləri və “e-kassa.gov.az” üzərindən onlayn kassa aparatlarının tətbiqi ilə bağlı qaydaları araşdırmaq lazımdır. Sahibkarların dostu vergilər haqqında öyrənmək üçün aşağıdakı məqaləmizi oxumağı da tövsiyə edirik:
https://siftebereket.az/taxes-in-a-language-everyone-understands
Nəticə
Hə, görünür, veb-sayt konstruktorlarının qayıdışı ilə elektron ticarət sadəliyə və sürətə doğru addımlayır. Bəlkə də, bir neçə il ərzində bu kimi yeniliklər artıq bir standarta çevriləcək. Sadə, rahat və təhlükəsiz biznes həlləri, məsləhətlər və faydalı məlumatlar üçün bizi izləməyi unutma.