Əsl biznes resepti
İşə başlamaq üçün bütün inqrediyentlər hazırdır, birgə irəliləyək!
Yerli bizneslərin uğur sirləri – öyrən, tətbiq et
Müxtəlif məqalələr, müsahibələr və maraqlı məlumatlardan faydalan.
Xidmət sektorunda görünməyən xırda səhvlər müştəri itkisinə və gəlirin 30 %-dək azalmasına yol açır.
Məhz bu səbəbdən onlayn rezervasiya niyə kritik olduğunu bu yazıda cavablandırmışıq
    Təcrübə danışır!
    Onların hekayələri ilham verir ❤️
    Sənin şirkətin
    Uğur hekayəni birlikdə qələmə alaq! Bizə qoşul
    Sən
    Təhminə Bağırova
    Petrikor Təsisçi
    Əl işi oyuncaqları ilə tanınan “Petrikor” sosial sahibkarlıq layihəsidir. Təsisçi Təhminə Bağırova Bakı kəndlərində yaşayan evdar qadınları işlə təmin edir, onların əl işlərini brendə çevirərək satışa çıxarır.
    İlqar İsmayılov
    Azərbaycan Modelçilər Klubu
    Keçmiş peşəkar təyyarəçi İlqar İsmayılov, hazırda biliklərini miniatür modellərin hazırlanması üçün istifadə edir. "Azərbaycan modelçilər klubu" onun uşaqlar və böyüklərlə birlikdə yaratdığı modellərin evidir.
    Elvin Məmmədov
    Kiçin
    Elvin Bakıda fəaliyyət göstərən "Kiçin" kokteyl barının təsisçisidir. Məkan gənclərə içki mədəniyyətini etik çərçivədə təqdim etmək və qonaqlara dünya təcrübəsini yaşatmaq məqsədi daşıyır.
    Xan Cəfərli & Müseyib Qasımov
    GUNAH
    Yerli brendlər arasında öz tərzi ilə seçilən "GUNAH" vasitəsilə Xan və Müseyib Azərbaycan dəb səhnəsinə fərqli baxış gətirmək istəyindədir.
    Sevinj Abdullayeva
    Frida Co. Təsisçi
    Təsisçi Sevinc Abdullayeva Frida Co.-nu qadın yaradıcılıq mərkəzi kimi planlaşdırsa da, keramikanın populyarlığı və həm kişilərin, həm də uşaqların layihəyə marağı gözlənilməz bir istiqamət yaradıb.